Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'
Sizin brauzer HTML5-i dəstəkləmir
Sergey Tixanovski 2020-ci ilin mayında həbs olunub. O, prezidentliyə namizədliyini vermək, seçkidə Belarusun avtoritar lideri Aleksandr Lukaşenkoya rəqib olmaq istəyirdi. Həbsindən sonra həyat yoldaşı Svetlana Tixanovskaya ərinin yerinə müxalifətin lideri roluna keçir. Tixanovski iyunda həbsdən buraxılıb. O, AzadlıqRadiosunun Belarus xidmətinə mühacirətdə olan müxalifət hərəkatından, özünün oynamaq istədiyi roldan danışıb.